-
ABŞ tədqiqatçıları xəbərdarlıq edirlər ki, Şimali Koreya növbəti beş ilə nüvə proqramını genişləndirməyi hədəfləyir və ən pis halda, 2020-ci ilədək 100 atom silahı ola bilər.
Johns Hopkins Universitetinin ABŞ-Şimali Koreya İnstitutunun əməkdaşı Joel Wit fevralın 24-də 15 aylıq tədqiqatın ilkin nəticələrini açıqlayıb, bəzi nəticələrin "narahatlıq yaratdığını" deyib.
Ekspertlər inanırlar ki, hazırda Pxenyanın 10-16 nüvə silahı var.
ABŞ-da bu ayın əvvəlində təqdim olunmuş qanun layihəsi Şimali Koreyaya sanksiyaların genişləndirilməsini nəzərdə tutur. Məqsəd Pxenyanla işləyən xarici şirkətlərə ağır cərimələr kəsməkdir.