Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:18

İD Suriyada azı 150 xristianı oğurlayıb


Həsəkədə xristianlar İD yaraqlılarının hücumlarından qaçır
Həsəkədə xristianlar İD yaraqlılarının hücumlarından qaçır

-

İslam Dövləti silahlı qruplaşmasının üzvü olan yaraqlılar Suriyanın şimalşərqində azı 150 assuriyalı xristianı oğurlayıb.

Suriya Xristian qrupu bildirir ki, itkin düşənlər arasında qadınlar və qocalar var.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını müşahidə təşkilatı öncə bəyan edib ki, 90 nəfər Həsəkə şəhəri yaxınlığında olan kəndlərdən oğurlanıb. Həmin şəhər kürdlərin əlindədir.

Fevralın 22-də Suriyadakı kürd döyüşçülər ölkənin şimalşərqində yaraqlılara qarşı iki hücum həyata keçirib. Onlara ABŞ koalisiyasının hava zərbələri yardım edib.

XS
SM
MD
LG