Azərbaycan prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinə baş çəkib.
Bu kompleksə yataqxanalarda məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, 480 nəfərlik məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub və poçt binası tikilib.
İlham Əliyev mənzillər, məktəb binası və
uşaq bağçasında yaradılmış şəraitlə tanış olub.