Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 09:27

Qorunan əmanətlər üzrə faiz dərəcəsi qaldırıldı


Manat

-

Fevralın 24-dən etibarən banklarda yerləşdirilən, qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9 faizdən 12 faizə qaldırılıb.

Bu haqda Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda deyilir. Belə bir qərar Fondun Himayəçilik Şurasının fevralın 23-də növbədənkənar toplantısında qəbul edilib.

Qərarın səbəbi açıqlanmır. Sadəcə bildirilir ki, dəyişiklik fevralın 24-dən qüvvəyə minir və bundan sonra üzv banklarda 12 faizdən yuxarı faizlə yerləşdirilən əmanətlər qorunmayan əmanətlər sayılacaq.

Hər bir sığorta hadisəsinə görə qorunan əmanətə ödənilməli olan kompensasiya 30 min manatdır. Əmanətçilər əmanətlərinin qorunması üçün heç bir ödəniş etmir. Sığorta haqları üzv banklar tərəfindən ödənir.

XS
SM
MD
LG