Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:54

«İD-lə savaş üçün düzgün «komponentlər» var»


Ash Carter

-

ABŞ-ın müdafiə naziri Ash Carter deyir ki, «İslam Dövləti» (İD) qruplaşması yaraqlıları ilə mübarizə üçün Birləşmiş Ştatların düzgün «komponentləri» var.

Altı gün öncə and içmiş Carter ABŞ ordusunun yüksək rütbəli rəsmiləri və diplomatik liderlərlə görüşdən sonra danışıb. Görüş fevralın 23-də ABŞ-ın Küveytdə hərbi düşərgəsində keçirilib. İD yaraqlıları ilə mübarizə strategiyası müzakirə olunub.

Carter-in dediyinə görə, ABŞ koalisiyasının İraqa hava zərbələri kampaniyası yaxşı gedir. Müdafiə naziri ümidini bildirib ki, ABŞ ordusu Suriyada müxalifət qüvvələrinə uzunmüddətli təlim işinə də yaxşı yerinə yetirə bilər.

XS
SM
MD
LG