Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:24

Bakının bəzi marketlərində çörəyin iki dəfə bahalaşdığı bildirilir


Foto arxiv
Foto arxiv

Bakının bəzi marketlərində çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir.

Bu barədə ANS PRESS-ə alıcılar xəbər verib.

Onların sözlərinə görə, Bakının Suraxanı və Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.

Alıcıların sözlərinə görə, satıcılar bunu manatın dollara nisbətdə ucuzlaşması ilə izah edirlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə Bakıda çötəyin qiymətində artım qeydə alınmadığı bildirilib.

XS
SM
MD
LG