Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

Cinayət işi açılanlar Neftçinin azarkeşləridir


Foto arxiv
Foto arxiv

“Neftçi -“ Qarabağ”oyununda baş verən insidentlə bağlı cinayət işi açılıb”.

Bu barədə AzadlıqRadiosuna “Qarabağ” Futbol Klubu Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Həmin oyun fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilib.

Nurlan İbrahimov deyir ki, saxlananlar “Neftçi”-nin azarkeşləri olub:

“ Bizim tərəfdən bir nəfər azarkeş saxlamışdılar. O da fanklub üzvü olmayıb. Dostunu aparanda müdaxilə edib, onu da saxlayıblar. Sonradan onu buraxdılar. Hadisə “Neftçi”nin stadionunda baş verdiyindən məsuliyyəti onlar daşıyır. Ona görə də cinayət işi onların azarkeşlərinə açılıb. İnsident zamanı ciddi xəsarət alan da olmayıb. Biz bunu anlayışla qarşılayırıq. Oyundu, hər şey ola bilər. Şikayətçi deyilik”.

Nizami Rayon Polis İdarəsindən apaya məlumatı təsdiqləyiblər. Məlumata bildirilir ki, fevralın 19-da azarkeşlər arasında baş verən insidentlə bağlı xuliqanlıq, sonradan isə hakimiyyət nümayəndəsinə müqavimət maddələri ilə cinayət işi açılıb və hazırda istintaq gedir.

Hər iki klub Azərbaycan premyer liqasında çempionluğa iddialı olduğundan bu klublar arasında görüşlər adətən gərgin keçir.

Son oyun "Qarabağ"ın 1:0 qələbəsi ilə bitib.

XS
SM
MD
LG