Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:20

Alman diplomatının Bakıda döyülməsi ilə bağlı cinayət işi açılıb


Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

-

Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi fevralın 23-də məlumat yayıb.

Məlumatda bildirilir ki, 2015-ci il fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Ərizədə bildirib ki, səfirliyin «İSR Plaza» mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qalıb. Onun xuliqanlıq hərəkətləri nəticəsində normal iş rejimi qısa müddət ərzində pozulub.

Daxili İşlər Nazirliyi həmin şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğunu müəyyən edib.

Toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

XS
SM
MD
LG