Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:00

Qahirədə Al-Jazeera jurnalistlərinin təkrar məhkəməsidir


Mohamed Fahmy məhkəmədə Misir bayrağını qaldırır
Mohamed Fahmy məhkəmədə Misir bayrağını qaldırır

-

Al-Jazeera English kanalının iki jurnalistlərinin təkrar məhkəməsi fevralın 23-də Misirdə başlanır.

Büro rəhbəri Mohamed Fahmy və misirli prodüser Baher Mohammed 2013-cü ilin dekabrında həbs olunmuşdular. Bu ayın əvvəlində zaminə buraxılıblar.

Hər iki jurnalist terrorçu qrupa üzvlükdə və Misirin milli təhlükəsizliyinə ziyan vurmaq məqsədilə saxta kadrlar yaymaqda ittiham olunur. Onların işini beynəlxalq ictimaiyyət tənqid edib.

Avstraliyadan olan həmkarları Peter Greste fevralın 1-də ölkəsinə deportasiya olunub. Yeni qanun cinayət törətmiş xaricilərin deportasiyasına icazə verir.

Misir və Kanada vətəndaşı olan Fahmy bu qanundan faydalana bilmək üçün Misir vətəndaşlığından imtina edib.

XS
SM
MD
LG