Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:48

Yunanıstan rəsmiləri islahatlar siyahısını təqdim edir


Yunanıstanda BVF əleyhinə plakat

Yunanıstanda BVF əleyhinə plakat

-

Fevralın 23-də Yunanıstan rəsmiləri beynəlxalq borc proqramının dörd aylığa uzadılmasına təminat olaraq islahatlarını açıqlamalıdır.

Avrozona üzvləri ilə fevralın 20-də razılığa gəlinib. Sənədə görə Afina beynəlxalq kreditorları olan Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyasına təkliflərini təqdim etməlidir.

Troyka Yunanıstanın planlarının 240 milyard avroluq borc proqramına uyğunluğuna dair qərar verəcək.

Avrozona üzvlərindən Almaniya Yunanıstana əlavə kredit ayrılmasına etiraz edir, baş nazir Alexi Tsipras-ın büdcə defisitini nəzarətə almasını istəyir.

Müddət uzadılmasa, Yunanıstan fevralın 28-dən sonra defolta uğraya bilər.

XS
SM
MD
LG