Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

Xarkovda partlayışa görə 4 nəfər saxlanıb


Xarkovda terror hücumu infoqrafikada
Xarkovda terror hücumu infoqrafikada

-

Ukrayna rəsmiləri bildirir ki, bazar günü Xarkov şəhərindəki partlayışla əlaqədar 4 nəfər saxlanıb. Partlayışda 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Polisin məlumatına görə, fevralın 22-də həlak olanlar polis əməkdaşı və dinc sakin olub. Yaralılar da polis əməkdaşlarıdır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Oleksandr Turchynov deyib ki, insidentlə bağlı Xarkovda "terrorçuluq əleyhinə əməliyyat başlanıb".

Hadisə keçmiş prezident Viktor Yanukovych-in devrilməsinin bir illiyi münasibətilə sülh marşında baş verib. Ukrayna təhlükəsizlik xidmətinin rəsmisi deyir ki, saxlanan dörd nəfər Rusiyanın Belqorod şəhərində "təlimat keçib və silah əldə edib".

Fevralın 19-da Xarkovda daha bir bomba zərərsizləşdirilib.


XS
SM
MD
LG