Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:38

Astarada Kəmaləddin Heydərovla görüşə gələnlərin bəziləri geri qaytarılıb...


Foto: Arxiv. Lerikdə Kəmaləddin Heydərovla görüşmək istəyənlər. 30 may 2014.
Foto: Arxiv. Lerikdə Kəmaləddin Heydərovla görüşmək istəyənlər. 30 may 2014.

-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 20-də Astara rayonunda vətəndaşları qəbul edib.

Qəbula gələnlərin siyahıya alınması bir gün əvvəl başlayıb. Fevralın 19-da 100-dən çox şikayətçi qeydə alınıb. Ancaq şikayətə gələnlərin əksəriyyəti geri qaytarılıb. Onlara bildiriblər ki, yalnız 19 yaşına çatmış rayon sakinlərinin işlə bağlı müraciətləri qəbul olunur.

Səhər saatlarında Astara şəhərin əsas küçələrini və Yanğından Mühafizə Hissəsini polislər nəzarətə götürüb. Şikayətçiləri nazirlə yanaşı, müavinləri də qəbul edirdilər. Şikayətlərin qəbulu günün ikinci yarısında da davam edib.​

XS
SM
MD
LG