Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 13:09

Donetskdə keçmiş azərbaycanlı deputat itkin düşüb


Foto arxiv

Ukraynanın Donetsk vilayətində keçmiş vilayət sovetinin azərbaycanlı deputatı və iş adamı Məmmədəli Qaçayev itkin düşüb.

Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini Şahin Bəylərovun APA-ya verdiyi məlumata görə, ötən ay Krasnoarmeysk və Karlovka şəhərlərində ona məxsus kafe və restoranlar partladılıb.

Bir neçə gün sonra isə iş adamı itkin düşüb və indiyədək ondan xəbər yoxdur.

Məmmədəli Qocayev Ukrayna vətəndaşıdır.

Şahin Bəylərovun sözlərinə görə, əslən Salyan rayonundan olan, 70 yaşlı Məmmədəli Qaçayev 40 ildən çoxdur ki, Ukraynada yaşayır və ölkənin ilk müstəqillik illərində vilayət sovetinin deputatı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG