Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 10:21

Elmar Məmmədyarov Gürcüstan prezidenti ilə görüşüb


Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisidə Gürcüstan prezidenti Georgi Margvelashvili ilə görüşüb.

AzadlıqRadiosu Gürcüstan xidmətinin məlumatına görə, görüşdə birgə layihələr, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov bundan əvvəl gürcüstanlı həmkarı Tamar Berucashvili ilə görüşüb.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələri Azərbaycan və Gürcüstanla yanaşı bütün regionun inkişafı üçün zəmin yaradır.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinə görə, bu layihələrdən kənarda qalıb və əgər bu siyasətini dəyişsə, bu layihələrə o da qoşula bilər.

Qeyd edək ki, Elmar Məmmədyarov fevralın 19-da Gürcüstana rəsmi səfərə gedib.

XS
SM
MD
LG