Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:11

Avropa rəsmisi Poroshenkonun təklifinə münasibət bildirib


Petro Poroshenko

Avropa rəsmisi Ukraynanın şərqinə beynəlxalq sülhməramlı qüvvələr göndərilməsi ilə bağlı Ukrayna prezidenti Petro Poroshenkonun təklifinə münasibət bildirib.

Avropa Xarici Siyasət Xidmətinin baş katib müavini Matsey Popovski (Maciej Popowski) fevralın 19-da bildirib ki, istənilən belə bir razılaşma dəqiq mandata əsaslanmalıdır.

O bunu Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqadadakı qeyri-rəsmi toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib:

“Biz Ukraynaya beynəlxalq sülhməramlı qüvvələr göndərilməsi ilə bağlı Ukraynanın ideyası, prezident Paraşenkonun təklifindən xəbərdarıq.

Amma bizə daha çox məlumat, bir sıra aydınlıqlar lazımdır.

Avropa Birliyi ilə istənilən razılaşma dəqiq mandata əsaslanmalı və bu Avropa Birliyi ölkələri tərəfindən müzakirə olunmalıdır”.

XS
SM
MD
LG