-
Fevralın 19-da Bakıdan İstanbula olan bütün aviareyslər təxirə salınıb.
Bu haqda «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) məlumat verilib.
Buna səbəb İstanbulda güclü qarın yağmasıdır.
Fevralın 18-dən «Türkiyə Hava Yolları» 800-dən artıq beynəlxalq və daxili aviareysləri ləğv edib.