Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:24

Manatın düşməsi pensiyalara təsir etməyəcək


Foto arxiv
Foto arxiv

Manatın məzənnəsinin düşməsi və son iqtisadi proseslər pensiya təminatında heç bir problem yaratmayacaq.

Bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O deyib ki, pensiya sisteminin bazar iqtisadiyyatında fiksal təsirlərdən qorunma mexanizmləri var.

Və bu gün Dövlət Statistika Komitəsinin göstəricilərinə baxanda neftin qiymətinin düşməsinin buna təsir etmədiyini görə bilərsiz.

Elman Mehdiyevin sözlərinə görə, fond il ərzində qrafik üzrə pensiya maliyyələşməsini vaxtından əvvəl yerinə yetirib.

O deyib ki, bu ilin həm yanvar və fevral ayında pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.

XS
SM
MD
LG