Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:27

Kanada Rusiya şirkətlərinə və vətəndaşlarına yeni sanksiyalar qoyur


Rusiyaya sanksiyalar genişləndirilir
Rusiyaya sanksiyalar genişləndirilir

-

Kanada çərşənbə axşamı elan edib ki, Rusiya və Ukraynanın 17 hüquqi və 37 fiziki şəxsinə sanksiyalar tətbiq edir. Sanksiyalar Avropa Birliyi və ABŞ-la razılaşdırılmış şəkildə, Kremlin Ukraynanın şərqindəki separatçılara dəstəyinə cavab olaraq qoyulur.

"Rosneft" şirkəti və "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Chemezov sanksiyalara məruz qalanlar sırasındadır.

Baş nazir Steven Harper deyib ki, lazım gələrsə, əlavə sanksiyalar qoyula bilər. Onun sözlərinə görə, məqsəd Putin rejiminə və müttəfiqlərinə iqtisadi təzyiq göstərməkdir.

Rosneft və Rostex-in Kanadada biznes maraqları var. Rosneft neft yataqlarından birində 30 faizə malikdir, Rostex isə ölkədə birgə müəssisə açmağı planlaşdırırdı. Ottava uzun müddət bildirirdi ki, bu şirkətləri cəzalandırmaq istəmir, sanksiyalar Kanada şirkətlərinə deyil, Rusiyaya təsir etməməlidir.

XS
SM
MD
LG