Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 08:19

-

300 milyon dollarlıq itkiyə səbəb olmuş hakerliyə görə axtarılan rusiyalı Birləşmiş Ştatlara təhvil verilib. 34 yaşlı Vladimir Drinkman-ı Niderland ekstradisiya edib.

O, Nyu Cersi ştatında məhkəmə qarşısına çıxıb. Drinkman Nasdaq səhm bazarı və ödəniş sistemlərinə haker hücumunda ittiham olunur. Özü ittihamı qəbul etməyib.

Drinkman "yüz milyonlarla dollar ziyana səbəb olmuş" sxem hazırlamaqda ittiham olunur. Bu sxem indiyədək ABŞ-da məhkəməyə çıxarılmış ən böyük beynəlxalq haker sxemi hesab edilir.

Drinkman və digər təqsirləndirilənlər Nasdaq, 7-Eleven, Carrefour, JC Penney və digər şirkətlərə hücumda ittiham olunurlar. Onlar ABŞ-ın xahişi ilə, 2012-ci il iyunun 28-də Niderlanda səyahət zamanı həbs ediliblər. Təqsirləndirilən Dmitriy Smilianets həbsdən bir neçə ay sonra ABŞ-a təhvil verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG