Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 08:56

Ukrayna ordusu bir neçə əsgərinin əsir düşdüyünü bildirir


Foto arxiv

Ukraynanın Müdafiə Nazirliyi fevralın 17-də ölkənin şərqindəki Debaltseve şəhərində bir neçə əsgərin əsir düçdüyünü bildirib.

Amma nazirlik böyük sayda Ukrayna əsgərinin əsir düşməsi ilə bağlı Rusiya mətbuatı və separatçıların yaydığı məlumatları təkzib edib.

Separatçılar şəhərin əksəriyyətinin hazırda onların nəzarətində olduğunu deyirlər.

Ukrayna ordusu isə şəhərdəki mövqelərin itirilmədiyini bildirir.

Məlumatlara görə, şəhərin küçələri və dəmiryol vağzalı ətrafında döyüşlər gedir.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya görə, tərəflər fevralın 15-də atəşkəs elan etməli və ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.

ATƏT-in Ukraynadakı müşahidəçilər missiyasının rəsmisi Aleksandr Haq fevralın 16-da Kramatorskda keçirdiyi mətbuat konfransında deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG