Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:03

Əfqanıstanda azı 20 polis öldürülüb


Foto arxiv
Foto arxiv

Əfqanıstanın şərqində yaraqlıların polis məntəqəsinə hücumu nəticəsində azı 20 polis ölüb.

Logar əyalətinin sözçüsü Din Mohammad Darwishin sözlərinə görə fevralın 17-də edilən bu hücumda 4 intiharçı iştirak edib.

Hücum zamanı həmçinin 8 polis yaralanıb və onlardan bir neçəsi ağır vəziyyətdədir.

Əyalət şurasının üzvü Abdul Valinin sözlərinə görə hücum edənlər hərbi yeyimdə olduqlarından təhlükəsialik qüvvələri onları yoxlamayıb.

Həmçinin talibançıların Qəndəhar əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 6 polis ölüb.

Paytaxt Kabildə törədilən partlayışda isə 1 dinc sakin yaralanıb.

XS
SM
MD
LG