Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Tbilisi Ukraynadan Saakashvilinin verilməsini istəyib


Mikheil Saakashvili

Tbilisi Ukrayna hakimiyyətini keçmiş prezident Mikheil Saakashvilini Gürcüstana verməyə çağırıb.

Baş prokurorluğun fevralın 17-də yaydığı məlumatda həmçinin keçmiş ədliyyə naziri Zurab Adeishvilinin hazırda Ukraynada olduğu və onun da Saakashvili ilə birlikdə Gürcüstana verilməli olduğu bildirilir.

Gürcüstan rəhbərliyi onların ikisini də axtarışa verib.

Saakashvili ilə Adeishvili səlahiyyətlərindən sui-istifadə, dələduzluq və ayrı-qyrı şəxslərə qarşı hücumların təşkilində ittiham olunurlar.

Ukrayna prezidenti Petro Poroshenko fevralın 12-də islahatlarla bağlı büynəlxalq məşvərət şurası yaradıldığını və Saakashvilinin onun rəhbəri təyin edildiyini bəyan edib.

Gürcüstanın Xarici İşlər nazirliyi yaranmış vəziyyətə görə, fevralın 16-da Ukraynanın Gürcüstandakı səfiri Vasyl Tsybenkonu nazirliyə çağırıb.

Saakashvili Gürcüstan prezidentliyindən 2013-cü ildə, səlahiyyət müddəti bitdikdən sonra gedib.

Gürcüstanın baş prokurorluğu ötən ilin avqustunda onu İnterpola verib.

XS
SM
MD
LG