Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:29

Azərbaycan millisi Fransaya qalib gəldi


Azərbaycanın qadın otüstü xokkeyçilərindən ibarət millisi Dünya Xokkey Liqasının ikinci mərhələsində növbəti qələbəsini qazanıb.

AzərTAc xəbər verir ki, Uruqvayın paytaxtı Montevideoda təşkil olunan yarışda “B” qrupunda Azərbaycan millisi Fransa yığması ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb.

İlk görüşdə Azərbaycan millisi Trinidad-Tobaqo kollektivinə 5:1 hesabı ilə qalib gəlib.

Baş məşqçi Adil Paşayevin yetirmələri növbəti oyunu fevralın 17-də Keniya komandasına qarşı keçirəcəklər.

Turnirin finalçıları Dünya Xokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq.

XS
SM
MD
LG