Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:53

Rusiya 300 minədək ukraynalının sığınacaq istədiyini deyir


Foto arxiv

Rusiyanın Miqrasiya xidmətitəxminən 300 min Ukrayna vətəndaşının Rusiyadan müvəqqəti və ya daimi sığınacaq istədiyini deyir.

Xidmətin şöbə müdiri Valentina Kazakova fevralın 16-da bildirib ki, artıq 260 mindən çox ukraynalıya sığınacaq və ya qaçqın statusu verilib.

Ukrayna hakimiyyəti hələlik bu məlumata münasibət bildirməyib.

Kazakovanın sözlərinə görə, Ukraynanın şərqindəki döyüş zonasından Rusiyaya 900 mindən çox adam keçib.

O 2014-cü ildə 70 min ukraynalıya Rusiya vətəndaşlığı verildiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG