Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Fransa rəsmisi yəhudiləri Netanyahunun çağırışına səs verməməyə çağırıb


Fransanın baş naziri Manuel Valls yəhudiləri İsrailin baş naziri Benjamin Netanyahunun çağırışına səs verməməyə çağırıb.

Netanyahu fevralın 15-də Avropada yaşayan yəhudiləri təhlükəsialik baxımından tarixi vətənləri İsrailə dönməyə çağırıb.

Netanyahu deyib ki, Avropada yəhudilərə hücumlar və antisemitizm gücləndiyindən İsrail onların təhlükəsialiyinə təminat verə bilər.

Valls Netanyahunun çağırışından təəssüf bildirib ki, Fransa yəhudiləri Fransada yaşamalıdır.

Danimarkanın baş naziri Helle Thorning-Schmidt də bildirib ki, danimarkalı yəhudular Danimarkada yaşamalıdır və hakimiyyət onların təhlükəsialiyi üçün bütün imkanlara əl atılacaq.

Qeyd edək ki, yanvarda Parisdə Yəhudi mağazasına edilmiş hücumda 4 nəfər ölüb.

Ötən həftənin sonunda isə Danimarkada oxşar hücumlar tərədilib.

Həmçinin Fransa polisi ötən istirahət günlərində ölkənin şərqindəki yəhudi qəbristanlığında200-dək qəbirin dağıdıldığımı bildirir.

Təkcə Fransada 500 minədək yəhudi var.

Ötən il Fransanı 7 mindən çox yəhudi tərk edib.

XS
SM
MD
LG