Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:58

Dövlət Agentliyinə yeni səlahiyyət verildi


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Agentlik dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrini formalaşdıracaq, eyni məzmunlu xidmətləri aradan qaldıracaq.

Nazirlər Kabineti “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu qayda ölkədə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Bu səlahiyyətləri həyata keçirən orqan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

XS
SM
MD
LG