Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Ukrayna yolayırıcında: hərb və ya sülh

Dekabrın 15-də Minsk razılaşmasına əsasən Ukrayna ordusu ilə Donetsk və Luqansk separatçıları arasında döyüşlər dayanmalıdır. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?


Minsk razılaşmasına əsasən dekabrın 15-də Ukrayna ordusu ilə

Donetsk və Luqansk separatçıları atəşi dayandırmalı və qoşunları cəbhə xəttindən geri çəkməli idirlər. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?

Minsk razılaşmasından dərhal sonra tərəflər ziddiyyətli bəyanatlar verdiklərindən, real atəşkəsə nikbin baxanlar elə də çox deyil.

Prezident Poroshenko bəyan edib ki, silahlar susmasa Ukrayna bütün ölkədə hərbi vəziyyət elan edəcək.

Dekabrın 15-ində Donbassdan gələn xəbərlərin Ukrayna, Rusiya, Avropa və bütün dünya üçün tarixi əhəmiyyəti var.

Sən necə fikirləşirsən, Ukraynada hadisələrin necə inkişaf edəcək? Facebook-da müzakirələrə qoşul. Və ya fikirlərini bloqun sonundakı şərh hissəsinə yaz.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

Putin Fransa və Almaniya liderləri ilə danışıb

Rusiya prezidentinin saytı xəbər verir ki, atəşkəsdən bir qədər əvvəl Vladimir Putin Fransa prezidenti və Almaniya kansleri ilə telefonla danışıb. Minskdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsinin vacibliyi qeyd olunub.

Qərb mediasının xəbərinə əsasən, Ukrayna və ABŞ prezidentləri də telefonla danışaraq atəşksəi müzakirə ediblər. Xatırladırıq ki, ABŞ Ukraynaya hərbi yardım edilməsi haqda qərarını fevralın 16-dək təxirə salmışdı.

Atəşkəs cəmi 30 dəqiqə çəkir

Ukrayna və Donbass separatçıları demək olar ki, eyni vaxtda bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Xəbər verilir ki, qüvvəyə minəndən 30 dəqiqə sonra bir sıra yerdə atəşkəs pozulub.

Ukrayna tərəfi bildirir ki, saat 00.25-də Ukrayna ordusunun Luqansk vilayətinin Zolotoye yaşayış məntəqəsindəki nəzarət məntəqəsi atəşə tutulub. Uraynanın birgə müşahidə qrupundakı nümayəndəsi Aleksander Rozmaznin insident haqda ATƏT nümayəndələrinə xəbər verib.

Separatçıların qərargahından bildirirlər ki, Debaltsevoda mühasirədə qalan Ukrayna qoşunları Yenakiyevo, Qorlovka şəhərlərini və Donetsk aeroportunu artilleriya atəşinə tutublar. Bildirlir ki, separatçılar da cavab atəşi acıblar, vəziyyətlə bağlı Donetsk separatçılarının lideri Zakharcheko təcili iclas çağırıb.

Luqanskda atəşkəsdir

Separatçı Luqansk xalq respublikasının lideri İgor Plotnistskiy bildirib ki, Luqansk vilayətində hər 2 tərəf atəşkəsə riayyət edir.

Ukrayna 6 atəşkəs pozuntusu qeydə alıb

Ukrayna Baş qərargahının nümayəndəsi Vladislav Seleznev bildirib ki, atəşkəsin qüvvəyə mindiyi ilk 4 saat ərzində Debaltsevo ətrafındakı Çernuxino və Luqansk vilayətində Zolotoye məntəqələri 6 dəfə atəşə tutulub. Saat 3-dən 4-ə qədər sakitlik yaranıb.

Davamı

XS
SM
MD
LG