Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:04

Danimarka polisi antiterror əməliyyatının detallarını açıqladı (Video)


Danimarkada ikili terror hücumu
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Danimarkada ikili terror hücumu

- Fevralın 14-də və 15-də Danimarkada həyata keçirilən 2 müxtəlif silahlı hücumda ölən və yaralananlar var. AzadliqRadiosu hadisələri yaxından izləyərək, son xəbərlərlə bu yazını yeniləyir. Ən son məlumatlar mətnin əvvəlində yerləşdirilir.

Terrorçunu video vasitəsilə tapıblar

Danimarka polisi fevralın 15-də terrorda şübhəli şəxsin zərərsizləşdirilməsinin detallarını açıqlayıb. Polisin rəsmi saytında bildirilir ki, geniş axtarışların izi ilə şübhəli şəxsin mindiyi taksi və sonra da özünü müəyyənləşdirə biliblər. Şübhəli şəxsin izi Nörrebro rayonundakı binaya gətirib. Axşam saat 11 radələrində buradakı mənzil kompleksinin nəzarət kamerasının videoyazısını analiz edəndə məlum olub ki, şübhələndikləri şəxs birinci terror hücumundan sonra, saat 16.15-də taksi ilə binaya gəlib və bir qədər sonra, saat 16.37-də mənzili tərk edib. Onun yenidən qayıdacağı ehtimalı ilə ərazidə pusqu qurulub. Səhər saat 4.50-də şübhəli şəxs geri qayıdıb, pusquda duran polis əməkdaşları onu haraylayan kimi atəş açmağa başlayıb. Polis cavab atəşi ilə 2 terror aktında şübhəli bildikləri şəxsi öldürüb.

Polis terror dramının yekunu haqda

Yerli vaxtla səhər saat 8-də jurnalistlər üçün mətbuat konfransı keçirən polis rəsmisi bildirdi ki, fevralın 14-də Mədəniyyət mərkəzinə və fevralın 15-nə keçən gecə Yəhudi sinaqoquna hücumların eyni şəxs tərəfindən həyata keçirilidiyini güman edirlər. Həmin şəxsin səhər saatlarında Nörrebro rayonunda öldürüldüyünü deyən polis rəsmisi bildirdi ki, onun həbs edilməsinə cəhd göstərilib, lakin şübhəli şəxs polisə silahlı müqavimət göstərəndəns sonra atışmada öldürülüb. Rəsmi açıqlamaya əsasən, şübhəli şəxs də daxil olmaqla 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar polis əməkdaşlarıdır və bildirilir onların həyatına təhlükə yoxdur.

3-cü hadisə

Fevralın 15-də yerli vaxtla saat 5 radələrində Kopenhaqenin Nörrebro dəmiryol stansiyası yaxınlığında yeni atışma olub. Polis 1 nəfərin atışmada öldürüldüyünü desə də, onun şübhəli şəxs olub-olmadığını dəqiqləşdirmir.

Bildirlir ki, ilk hücumdan sonra polis Nörrebro rayonundakı mənzillərdən birini nəzarətə alıb. Mənzildəki şəxs polis əməkdaşlarına atəş açandan sonra polis cavab verib. Atışmada həmin şəxs öldürülüb.

Bağışlayın, hazırda bu bölmə işləmir.

Paris ssenarisi Kopenhaqendə təkrar olunur?

Fevralın 15-ə keçən gecə Kopenhaqen sinaqoquna hücum olub. Xəbər verilir ki, 1 nəfər başından aldığı güllə yarasından ölüb, 2 polis əməkdaşı yaralanıb.

Sinaqoqun nümayəndəsi Danimarka mətbuatına müsahibəsində deyib ki, Mədəniyət mərkəzinə hücumdan dərhal sonra polisə zəng edib sinaqoqun mühafizəsinin gücləndirilməsini xahiş edib. Hücum zamanı qətlə yetirilən gənc sinaqoqun mühafizəçisi olub, onun köməyinə gələn Danimarka polisinin əməkdaşları yaralanıb.

Cinayətkarların intensiv axtarışı gedir. Polis əhaliyə xəbərdarlıq edib ki, paytaxtın "İçəri şəhər" adlanan mərkəzi məhəllərində təhlükə mövcuddur.

"Polisin təlimatlarına uyğun hərəkət edin və ehtiyytlı olun" - deyə paytaxt polisinin tvitter səhifəsində yazılıb.

Yeni hücuma məruz qalan yəhüdi sinaqoqu ətrafında silahlı polis qüvvələrindən canlı həlqə yaradılıb. Bütün maşınlar yoxlanılır. Ərazi üzərində polis vertolyotu fırlanır.

Polis bu hücumun bir neçə saat əvvəl şəhərin Österbro məhəlləsindəki silahlı basqınla əlaqəsi haqda nəticə çıxarmağa tələsmir.

Atışma təqribən 16 saniyə çəkib

BBC Mədəniyyət mərkəzinə hücum zamanı baş verənlərin səsini yayıb. Hücumdan bir neçə saniyə əvvəl debat iştirakçılarından olan qadın səsi deyir: "Biz hər dəfə bu adamların fəaliyyətini müzakirə edəndə, deyirlər, bəli biz söz azadlığı tərəfdarıyıq, lakin... Hər dəfə bu fikirdən sonra işlədilən "lakin" problemin dönüş nöqtəsidir. Axı biz niyə demirik ki.." Çıxışın bu yerində güllə səsləri eşidilir. Təqribən 16 saniyə davam edən hücumda 30-a yaxın əsasən tək (qeyri-avtomatik) atəşin səsi gəlir.

Hücumdan ilk məlumatlar

Yerli media xəbər verir ki, saat 15.30 radələrində naməlum şəxslər paytaxt Kopenhaqendə, mədəniyyət evində gedən debat iştirakçılarına atəş açıblar.

Şübhəli şəxsin bu fotosunu açıqlayan polis bildirir ki, hücum edənlərin sayının 2 deyil 1 olduğu gümanındadır
Şübhəli şəxsin bu fotosunu açıqlayan polis bildirir ki, hücum edənlərin sayının 2 deyil 1 olduğu gümanındadır

Polis rəsmiləri bildiriblər ki, hücum nəticəsində 1 nəfər ölüb, 3 polis əməkdaşı isə yaralanıb. Şahidlər 2 maskalı şəxsin Folksvaqen Polo avtomobilində hadisə yerindən qaçdığını müşahidə etdiklərini deyirlə. Avtomobil bir qədər sonra tapılıb, lakin şübhəlilərin yeri cinayətkarların yeri hələ məlum deyil.

Polis genişmiqyaslı axtarış əməliyyatı aparır.

"Küfr və söz azadlığı" debatı

Xəbər verilir ki, «İncəsənət, küfr və söz azadlığı» mövzusunda keçirilən müzakilərlədə vaxtilə Məhəmməd peyğəmbərin karikaturasını çəkən İsveç rəssamı Lars Vilks və Fransanın Danimarkadakı səfiri Francios Zimeray da iştirak edirdilər.

Polis rəsmisi əmindir ki, hücum edənlərin hədəfi Lars Vilks olub.

Peyğəmbər karikaturasını çəkən rəssam

Xatırladırıq ki, Avropada karikatura gərginliyi 2007-ci ildə Vilksin çəkdiyi Məhəmməd peyğəmbər karikaturasından sonra başlayıb. ƏL-Qayda terror təşkilatı rəssamı öldürən adama 150 min dollar mükafat vəd etmişdi. Bundan sonra, Vilks faktiki olaraq ev dustağı olduğunu, daimi mühafizə altında yaşadığını deyirdi. 2010-cu ildə ABŞ-ın təhlükəsizlik orqanları Vilksə qəsd hazırlayan qruplaşma üzvlərinin həbs olunduğunu bildirdi. 2011-ci ildə də tələbələrlə görüşdə ona hücum cəhdi olmuşdu.

Bu ilin yanvarında Parisdə hücuma məruz qalan Şarli Hebdo jurnalı da məhz həmin karikatiranı təkrar dərc edəndən sonra müsəlmanları qəzəbləndirmiş, radikal qruplaşmalardan hədələr almışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG