Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:26

Azərbaycanda 3 rayonun polis rəisi dəyişdirilib


Ramil Usubov

Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Daxili işlər naziri Ramil Usubovun digər əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov işdən azad edilərək Tovuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Nazir həmçinin Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edərək Göygöl rayonuna polis rəisi təyin edilib.

XS
SM
MD
LG