Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

Al-Jazeera jurnalistləri Misir həbsxanasından buraxıldı


Mohammed Fahmy (sağda) və Baher Mahmoud
Mohammed Fahmy (sağda) və Baher Mahmoud

-

Al-Jazeera televiziyasının iki jurnalisti 400 gündən sonra Misir həbsxanasından çıxıblar. Qahirə məhkəməsi fevralın 12-də Mohammed Fahmy və Baher Muhammad-in buraxılmasına qərar çıxarıb.

Ancaq onlara qarşı cinayət işi bağlanmayıb. Məhkəməyədək hər gün polisə gedib imza atmalıdırlar.

Kanadalı Fahmy 32 min 765 dollar müqabilində zaminə buraxılıb. Misir vətəndaşı Muhammad üçün girov qoyulmayıb. Jurnalistlər "yalan məlumat" yaymaqda, terrorçu qrupa yardım göstərməkdə ittiham olunurlar.

İki həftə öncə onların avstraliyalı həmkarı Peter Greste ölkədən deportasiya olunub. Fahmy də Misir vətəndaşlığından imtina edib ki, deportasiya oluna bilsin.

Hər 3 jurnalist ötən yay 7 il cəza alıb. İttihamlar beynəlxalq qınağa tuş gəlib.

XS
SM
MD
LG