Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 07:04

Seçki videosu ilə bağlı məhkəmə başladı


Əfrus Hacıyeva

-

Fevralın 12-də Yasamal rayon Məhkəməsində 12 saylı seçki komissiyasının üzvlərinin «Azadlıq» qəzeti və Meydan TV-yə qarşı iddiaları ilə bağlı ilk hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna qəzetin redaktoru Rahim Hacıyev bildirib.

Onun dediyinə görə, məhkəmə fevralın 25-də davam etdiriləcək.

Başda Əfrus Hacıyeva olmaqla komissiya üzvləri hər iki KİV-i onların şərəf-ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiklərini bildirir, 5 min manat təzminat və təkzib verilməsini tələb edirlər.

«Azadlıq» və Meydan TV bu iddiaları qəbul etmirlər.

Ötən il bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı adıçəkilən seçki komissiyasında qanun pozuntusunun şahidi olub və bununla bağlı Əfrus Hacıyevaya sual verib. Komissiya üzvü onu məntəqədən qovub.

Sonradan MSK qanun pozuntusunu əsas götürərək bu məntəqədə səsvermənin nəticələrini ləğv edib. ​

XS
SM
MD
LG