Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Nazarbayev anti-Rusiya tonunu Qərbə qarşı ittihamlara dəyişir


Qazaxıstan prezidenti Nursultan Nazarbaev ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını “qəddar” adlandırıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbaev ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını “qəddar” adlandırıb.

Qazaxıstan lideri Rusiyaya dəyən sanksiya zərbələrinin onun ölkəsini də laxlatdığını etiraf edib.

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını “qəddar” adlandırıb və öz ölkəsinin “dollarsızlaşdırılmasına” tərəfdar olduğunu bildirib.

Fevralın 11-də keçirilən hökumət müşavirəsində Nazarbayev deyib ki, “Rusiyanın və öz ölkəsinin iqtisadi çətinliklərdən şərəflə çıxacağına əmindir”.

Müşahidəçilər diqqəti Nazarbayebvin Moskvaya münasibətdə tonunun dəyişməsinə yönəldirlər.

Nazarbayevin tonu niyə dəyişib?

Bir neçə ay əvvəl Nazarbayev Moskvanı üstüörtülü tənqid etmişdi. Deyirdi ki, Rusiyanın Ukraynaya müdaxiləsi onun Qazaxıstanla və Avrasiya İttifaqının digər üzvləri ilə münasibətlərinə zərər vurur.

O, Rusiya rublunun kəskin düşməsinin Qazaxıstan şirkətlərinə ciddi ziyan vurduğundan şikayətlənir, dolayısı ilə Qərbi də günahlandıraraq bildirmişdi ki, “xarici faktorlar” nəticəsində törənmiş situasiya Qazaxıstanın Avrasiya İttifaqına üzv olmasına görə yaranmayıb.

Qazaxıstan prezidenti ölkənin milli bankını qazax iqtisadiyyatının “dollarsızlaşdırılmasına” çağırıb, vətəndaşlara və şirkətlərə isə öz dollarlarını Qazaxıstan tengesinə dəyişməyi tövsiyə edib.

Bu arada Qazaxıstanın milli valyutası fevralın 9-da ən aşağı həddinə çataraq 1 dollar üçün 186 tenge olub.

Bu vəziyyət Qazaxıstanın ən böyük şəhəri Almatıdakı ev sahiblərinin etirazlarına səbəb olmuşdu.

Onlar ipoteka kreditləri üçün faizlərə yenidən baxılmasını tələb edirdilər.

Metro stansiyalarının tikintisi qurban gedəcək

Prezident həmçinin soydaşlarını qənaətcil olmağa, qonaqlıq və bayramlara pul səpələməməyə, xarici yox, yerli malları almağa çağırıb.

O əlavə edib ki, 2015-ci ilin büdcəsinə yenidən baxılacaq və bir sıra layihələr ixtisar olunacaq.

Nursultan Nazarbayev hökuməti öz xərclərini 10 faiz azaltmağa çağırıb.

Qazax lideri bildirib ki, Almatıda yeni metro stansiyalarının tikintisinə və beynəlxalq idman yarışlarının ev sahibliyinə ayrılmış pullar azaldılacaq.

Prezident bu qənaətcilliyin Qazaxıstanın 2022-ci ilin Qış Olimpiasdasına ev sahibliyi üçün müraciətinə təsir edib-etməyəcəyinin üstündən sükutla keçib. Namizədlərin müraciətlərinə iyulun 31-də cavab verilməlidir.

“Şaiyələrə uymayın, hökumətə inanın”

Nazarbayev həmçinin həmvətənlərini “şaiyələrə uymamağa”, hökumət rəsmilərinə etibar etməyə çağırıb.

O deyib ki, qarşıdan iqtisadi çətinliklər gələrsə, bu barədə birinci olaraq milli bank özü xəbər verəcək.

Nazarbayev qazaxları əmin etməyə çalışıb ki, onların bank əmanətləri mümkün devalvasiyadan zərər çəkməyəcək.

Müşahidəçilər bildirirlər ki, Nazarbayev bu çıxşı ilə ölkədə mümkün narazılıq və etirazları qabaqlamağa çalışır.

2014-cü ildə tengenin 18 faiz ucuzlaşdığı vaxt belə etirazlar baş vermişdi.

Tengeni ehmallıca çökdürmək planı

Bu arada Qazaxıstanın Milli Bankı bildirib ki, tengenin kəskin ucuzlaşmasının qarşısını almaq üçün bir sıra tədbirlərin hazırlanması ilə məşğuldur.

Başqa sözlərlə, indi Astana tengenin devalvasiyasının qaçılmaz olduğunu etiraf edir və devalvasiya prosesini mümkün qədər ağrısız etməyə çalışır.

Lakin bir sıra xarici ekspertlər bu tədbirlərin iqtisadi sarsıntının qarşısını ala biləcəyinə çox da inamırlar.

Londonda mənzillənmiş Royal Bank of Scotland qrupunun iqtisadçılarından Tatiana Orlova deyib ki, tenge üzərindəki təzyiqi indilik azaltmaq mümkün olsa da, qarşıdan gələn aylarda təzyiq daha da arta bilər.

Rusiya ilə Rusiya mallarına qarşı

Xəbər verilir ki, prezidentin “dollarsızlaşdırmaya” çağırmasına baxmayaraq Qazaxıstanın xarici valyuta əmanətləri 10 faiz artıb, əksinə tenge ehtiyatları 11 faiz enib.

Prezident Nazarbayev milli valyutanı iflasdan qorumaq üçün 250 milyard tengelik fövqəladə fond yaradılacağını elan edib.

Ən maraqlısı budur ki, yerli şirkətlərin bazarını müdafiə etmək üçün Qazaxıstan Rusiya mallarına kvotalar qoymaq niyyətindədir.

Amma “Gömrük İttifaqı”nın buna hər hansı şəkildə icazə verəcəyi hələlik bəlli deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG