Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 21:11

«Dünyanı bəzəyən Abbasın tarixi» Azərbaycan dilində danışdı


Tarix İnstitutu

-

Böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin «Dünyanı bəzəyən Abbasın tarixi» kitabı Azərbaycan türkcəsində çapdan çıxıb.

AMEA-nın yaydığı xəbərə görə, kitabı tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib.

Beləliklə, orta əsrçağ tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığı «Tarix-i aləmara-yi Abbasi» («Dünyanı bəzəyən Abbasın tarixi») əsərinin bütöv halda nəşri başa çatdırılıb. Kitab Tarix İnstitutunda icra olunan «Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri» layihəsi çərçivəsində işıq üzü görüb.

Bu nəşr Azərbaycanın orta əsrlər, özəlliklə Səfəvilər imperiyasının tarixini araşdırmaq baxımındandəyərli qaynaq sayılır.

XS
SM
MD
LG