Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 00:39

Türkiyənin enerji naziri Bakıya gəlir


Taner Yildiz

-

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Azərbaycana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızın fevralın 11-də Bakıya gəlir.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, Türkiyə-Azərbaycan Cənub Qaz dəhlizi layihəsi toplantısı fevralın 12-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Avropa Komissiyası sədri köməkçisi Maroş Şevçoviçin çıxışı ilə başlayacaq.

Toplantıda Gürcüstan, Yunanıstan və Bolqarıstandan da rəsmilərin iştirakı gözlənilir.

Qeyd edək ki, T.Yıldızın toplantı çərçivəsində digər ölkələrin nazirləri ilə görüşləri də nəzərdə tutulub.

XS
SM
MD
LG