Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:13

Bakı bulvarı da Avropa Oyunlarına hazırlaşır


Bulvar hər iki istiqamətdə genişləndikdən sonra onun uzunluğu 15 km olacaq
Bulvar hər iki istiqamətdə genişləndikdən sonra onun uzunluğu 15 km olacaq

-

Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar Dənizkənarı Milli Parkda bir çox yeniliklər olacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, bu yeniliklər tədricən həyata keçirilir:

«Hazırda bulvarda təmir işləri davam etdirilir, yaşıllıq sahələri, çəmənliklər salınır, mövsümi güllər əkilir. Novruz bayramı ərəfəsində havalar isti olsa, bağlanmış ağaclar açılacaq. Bir həftə əvvəl bulvarda iki yeni attraksion istifadəyə verilib. Yay aylarınadək daha iki yeni attraksionun da istifadəyə veriləcəyi istisna olunmur. Bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılıb».

N.Məcidovun dediyinə görə, Avropa Oyunlarınadək hər kəs bulvarın istənilən ərazisində Wi-Fi xidmətindən yararlana biləcək:

Arxiv fotosu
Arxiv fotosu

«Hazırda əksər obyektlərdə bu xidmət var, lakin hələlik hamısını əhatə etmir. Avropa Oyunlarınadək Wi-Fi sisteminin bütün bulvar ərazisini əhatə edəcəyi planlaşdırılır».

BULVARDA QATARLARIN SAYI ARTIRILACAQ, DƏNİZDƏSƏ...

Bundan əlavə, idarə rəsmisi bildirib ki, fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək:

«Dənizkənarı Milli Park genişlənəndən sonra ərazidə qatarların hərəkət marşrutu artırılacaq. Hazırda ərazidə qatar 3 marşrut üzrə - Bakı Beynəlxalq Dəniz Vağzalından «Saat qülləsi», oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından «Crystal Hall»un ətrafına qədər hərəkət edir. Hələlik marşrut ona görə dəyişdirilməyib ki, bulvarın hər iki istiqamətə genişlənən ərazisi istifadəyə verilməyib. Amma orada da işlər çox sürətlə gedir. Böyük ehtimalla Avropa Oyunlarına qədər, təxminən mayda bulvarın yeni əraziləri də istifadəyə veriləcək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG