Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:30

Samsung televizorlar xəlvətcə qulaq asa bilər


Samsung Electronics yeni smart TV-ni təqdim edir. Arxiv foto
Samsung Electronics yeni smart TV-ni təqdim edir. Arxiv foto

-

Qonaq otağınızda nə dediyinizə fikir verin. Samsung smart televizorunuz sizə gizlicə qulaq asa və dediyinizi paylaşa bilər.

İnternetə qoşulmuş televizorlar səs tanıma texnologiyası vasitəsilə yaxınlıqdakı söhbətləri tutub yaya bilir. Televizorların bu imkanı barədə Samsung şirkətinin vebsaytında smart TV-lərin məxfilik siyasətində söz açılır.

Samsung bildirir ki, informasiya toplamaqda məqsəd TV-nin keyfiyyətini artırmaqdır, ancaq istifadəçilər bu funksiyanı söndürə də bilərlər.

Tənqidçilərin fikrincə, bu xüsusiyyət George Orwell-in "1984" romanındakı qurğunu xatırladır. Teleskrin adlanan qurğu vətəndaşlara göz qoyurdu.

Birinci dəfə deyil smart televiziyalarla bağlı məxfilik məsələsi çıxır. 2013-cü ildə bir istifadəçi aşkarlayıb ki, LG Electronics-dən olan smart televizoru baxdığı proqramlar barədə informasiya şirkətə ötürürmüş Bu, istifadəçinin razılığı olmadan baş verib.

XS
SM
MD
LG