Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:58

Obama Moskvadakı bayram tədbirinə getməyəcək


Barack Obama

ABŞ prezidenti Barack Obama Moskvada 2-ci Dünya Müharibəsində qələbə əldə edilməsinin 70 illiyi ilə bağlı düzənlənən bayram tədbirlərinə qatılmayacaq.

Ağ Evdən bildiriblər ki, ABŞ-ın tədbirdə prezident səviyyəsində iştirak etmək planı yoxdur.

Mayın 9-dakı tədbirə bir çox dünya liderinin dəvət olunacağı gözlənir.

Ukrayna münaqişəsi ilə bağlı fikirayrılıqlarına görə ABŞ və Rusiya liderlərinin kontaktları azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG