Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:29

4 yol polisi 1 sürücüyə qarşı (VİDEO)


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:03:15 0:00
Direct-ə keçid

Bu günlərdə sosial şəbəkələrdə yol polislərinin motosiklet sürücüsünə güc tətbiq etdiklərini əks etdirən video yayılmışdı. Bu, yol polisi-sürücü münasibətlərinin qanunla necə tənzimlənməli olduğu sualını bir daha gündəmə gətirdi.

Videodan görünür ki, 2 yol polisi əməkdaşı maşını aeroport yolunun Binə qəsəbəsindən keçən hissəsində bir motosikleti təqib edir. Yol polislərinin saxlamaq işarəsinə məhəl qoymayan motosiklet sürücüsü sürəti artırıb “canını qurtarmağa” çalışır.

Yol polisi maşınları da sürəti artırıb motosikletə çatırlar. Bu zaman idarəetməni itirən motosikletin yol qırağındakı dəmir qoruyuculara çırpıldığı görünür.

Motosikletçi ayağa durmağı bacarsa da onu təqib edən avtomobillərdən düşən 4 nəfər yol polisi əməkdaşı formasında olan şəxsin hücumuna məruz qalır. Videoda həmin şəxslərin sürücünü yerə yıxaraq qollarını qandalladıqları görünür.

Videonu burada izlə:

Videoya yazılan şərhlərin əksəriyyətində yol polislərinin hərəkəti pislənsə də, onlara haqq qazandıranlar da var.

Bundan öncə də sosial şəbəkələrdə yol polisi əməkdaşlarının sürücülərə zor tətbiq etməsi ilə bağlı xeyli görüntülər yayımlanmışdı. Rəsmilər bəzi hallarda bu görüntüləri təkzib edib, yaxud əməkdaşlarına haqq qazandırıblar. Bəzən isə onlar qanunu pozan əməkdaşlarının cəzalandırılacağı ilə bağlı açıqlamalar veriblər.

Vaqif Əsədov
Vaqif Əsədov

“POLİSLƏR QANUNUN TƏLƏBLƏRİNİ YERİNƏ YETİRİB”

Motesiklet sürücüsü ilə bağlı görüntüyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələrşöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, polislər qanunun tələblərinə əməl ediblər:

“Artıq həmin görüntülərə baxdıq. Motosiklet sürücüsü yol polisinin “saxla” əmrinə əhəmiyyət vermədiyi və qaçdığına görə, onu saxlamaq üçün ikinci avtomobil də əməliyyata cəlb edilib. Lakin sürücü buna da əhəmiyyət verməyərək yenidən qaçmağa cəhd göstərib. Sizcə bu, düzgündürmü? Çox təəssüf ki, bu hadisədə motosikletçi yol boyu polisə tabe olmadığını açıq şəkildə nümayiş etdirir, lakin 3 polis əməkdaşının həmin sürücünü bütün vasitələrdən istifadə edərək saxlaması qanunun tələblərinin yerinə yetirilməsidir”.

HANSI HALLARDA GÜC TƏTBİQ ETMƏK OLAR?

Bəs, görəsən yol polislərinin nəqliyyat vasitəsini təqib etməsi və ya sürücüyə güc tətbiq etməsi qanunidirmi, yaxud hansı hallarda buna yol verilə bilər?

Ərşad Hüseynov
Ərşad Hüseynov

Hüquqşünas Erşad Hüseynov bildirir ki, yol polisi nəqliyyat vasitəsini istisna hallarda təqib edə bilər:

“Nəqliyyat vasitəsi iki halda təqib oluna bilər. Sürücü, yaxud onun sərnişinlərinin hansısa cinayəti törətməsi, yaxud nəqliyyat vasitəsinin axtarışda olması ilə bağlı məlumat olduqca. Bir də sürücü nəqliyyat vasitəsini qaçırarsa, onu təqib etmək olar.

Həmin kadrlarda bu şərtlərin heç biri görünmür. Mən şəxsən yol polisi idarəsindən təqib etmələrinin səbəbini soruşdum, dedilər ki guya, həmin motosiklet qaçırılmış olub. Bunu polis belə təqdim edir. İnanmaqdan başqa əlacımız yoxdur. Bizim digər araşdırma aparmağa imkanlarımız çatmır. Polisin güc tətbiq etmək, sürücünün qolunu burub maşına basmaq hüquq da var. Əgər, həqiqətən də nəqliyyat vasitəsi qaçırılmışdısa”.

“BU ƏHALİ ARASINDA VAHİMƏ YARADIR...”

Bəzi sürücülər deyir ki, Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə axşam saatlarında Bakının mərkəzində motosikletdən istifadə olunması qadağan olunub. Onlar, motosikletlərin son vaxtlar təqib olunmasını bununla əsaslandırırlar.

Respublika Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev AzadlıqRadiosuna bildirib ki, mühərrik səsi normadan artıq olan motosikletlərin istifadəsi qanunla qadağandır:

“Bu birbaşa qanunun tələbidir. Bunun üçün göstərişə ehtiyac yoxdur. İndi bəzi sürücülər əlavə vasitələrdən istifadə etməklə mühərrikin səsinin gücləndirirlər. Bu da əhali arasında vahimə yaradır. Bu hallara qarşı konkret cərimələr nəzərdə tutulur”.

XS
SM
MD
LG