Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:11

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Laurent Fabius, Pavlo Klimkin vər Frank-Walter Steinmeier
Laurent Fabius, Pavlo Klimkin vər Frank-Walter Steinmeier

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 9-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyiblər.

Amma yeni sanksiyaların tətbiqi fevralın 16-dək təxirə salınıb.

Fransanın xarici işlər naziri Laurent Fabius Reutersə bildirib ki, məqsəd Ukrayna böhranının həlli ilə bağlı sülh cəhdlərinə mane olmamaq, dialoqun baş tutmasına vaxt verməkdir.

O qeyd edib ki, növbəti vəziyyət Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Minsk görüşündən aslı olacaq.

Yeni sanksiyalarda yeni şəxslərə qarşı viza qadağası və onların bank hesablarının dondurulması nəzərdə tutulur.

ABŞ və Avropa Birliyi Ukraynanın şərqindəki böhrana görə Rusiyanı, Moskva isə Kiyev və Qərbi günahlandırır.

XS
SM
MD
LG