Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:26

Ukrayna ordusu ölkəyə daha 1500 Rusiya əsgəri keçdiyini deyir


Andriy Lysenko
Andriy Lysenko

Ukrayna ordusu son 48 saat ərzində Ukrayna ərazisinə daha 1500 Rusiya əsgəri keçdiyini bildirir.

Ordunun məlumatına görə, hazırda Ukrayna ərazisində 10 mindən çox Rusiya əsgəri var.

Ordusunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə, bu qüvvələr Ukrayna ərazisinə fevralın7 və 8-də keçib.

Lysenko həmçinin Ukrayna ərazisinə 170 hərbi maşın və qrad qurğuları da daxil olmaqla 300-dək hərbi avadanlıq göndərildiyini deyir.

Ukrayna prezidenti Petro Poroshenko yanvarın 21-də Rusiyanın Ukrayna ərazisinə 9 mindəm çox canlı qüvvə, o cümlədən 500 tank, ağır artileriya və zirehli texnikalar göndərdiyini bəyan eləmişdi.

Amma Rusiya bu ittihamı rədd edir.

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden fevralın 7-də bəyan edib ki, Rusiya Ukraynadan çıxmasa beynəlxalq təcrid və daxildə üzləşdiyi iqtisadi problemlər davam edəcək.

XS
SM
MD
LG