Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:19

Böyük Britaniya Ukraynaya silah verilməsini nəzərdən keçirmir


Philip Hammond
Philip Hammond

"Nəqədər ki, Rusiyanin Ukraynaya təcavüzü davam edir Avropa öz mövqeində möhkəm durmalıdır".

Bunu Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond fevralın 9-da jurnalistlərə açıqlamasında bildirib.

"Biz danışıqların davam eləməsindən məmnunuq, amma Rusiya ordunu çıxarmayınca, sərhəddi bağlamayınca, silah axınını dayanmayınca və sözdən əmələ keçməyincə biz ona qarşı təzyiqləri dayandıra bilmərik".

O həmçinin qeyd edib ki, Böyük Britaniya Ukraynanı silahla təhciz eləmək fikrində deyil.

Birləşmiş Ştatların belə bir addım ata bilməsinə gəldikdə isə o qeyd edib ki, belə bir qərar vermək hər bir ölkənin öz işidir.

XS
SM
MD
LG