Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:53

Fazil Məmmədov xüsusi rütbəyə layiq görülüb


Fazil Məmmədov

-

Azərbaycanın vergilər naziri Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb..

Prezidentin başqa bir sərəncamı ilə vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Vergilər Nazirliyinin 40-dan çox əməkdaşı təltif edilib.

Daha bir sərəncam Vergilər Nazirliyinin bəzi əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi ilə bağlı olub.

Azərbaycanda Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyi qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG