Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Tural Abbaslı Qubad İbadoğlunun Müsavatdan kənarlaşdırılmasından şikayət verib


Tural Abbaslı
Tural Abbaslı

-

Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı digər keçmiş namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Divanın qərarından Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) şikayət edib.

Bu barədə AzadlıqRadiosuna Tural Abbaslının özü məlumat verib.

O deyir ki, Qubad İbadoğlu ilə bağlı qərarı partiya nizamnaməsinə zidd hesab edir. Tural Abbaslı MNTK-dan Qubad İbadoğlunu partiya üzvlüyünə bərpa etməyi istəyib.

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova AzadlıqRadiosuna bildirib ki, şikayətə bir ay müddətində baxılıb cavab veriləcək.

Fevralın 6-da Müsavat Partiyasının Divanı partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun partiya sıralarından xaric olunması ilə bağlı qərar çıxarıb. Divan Qubad İbadoğlunun partiyanın sonuncu qurultayından sonrakı fəaliyyətini müzakirə etdikdən sonra bu qərarı verib. Qərarda qeyd olunur ki, o, partiya nizamnaməsini kobud surətdə pozub.

Qubad İbadoğlu baş verənləri repressiya adlandırır.

XS
SM
MD
LG