Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:38

İran “Washington Post” qəzetinin müxbirini azad edə bilər


Washington Post qəzetinin müxbiri Jason Rezaian və onun iranlı xanımı Yeganeh Salehi.
Washington Post qəzetinin müxbiri Jason Rezaian və onun iranlı xanımı Yeganeh Salehi.

İranın xarici işlər naziri Mohammad Javad Zarifdeyib ki, “Washington Post” qəzetinin müxbiri Jason Rezaian həbsxanadan buraxıla bilər.

Münhen Təhlükəsizlik Konfransının əsnasında müxbirlərlə danışan nazir bildirib ki, məhkəmədə jurnalistin üzərindəki ittihamların götürüləcəyinə ümid edir.

Qəzetin xüsusi müxbiri Tehranda 2012-ci ildən işləyib.

O İran və Amerika pasportlarına malikdir.

Jurnalsit ötən ilin iyulunda Amerika vətəndaşları olan xanımı və qəzetin daha iki ştatdankənar müxbiri ilə birlikdə həbs olunub.

Ona qarşı irəli sürülmüş ittihamlar barədə açıqlama verilməyib.

XS
SM
MD
LG