Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:51

Pul çoxdur, «Sovetski»nin söküntüsü davam edəcək


-

«Mətbuatda «Sovetski»nin sökülməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu prosesin gedişində heç bir fasilə yoxdur».

Bunu ANS-ə açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.

O, «Sovetski» sakinlərini əmin edir ki, heç bir problem yoxdur. Səməd İslamov sakinlərin narahatlığına heç bir əsas olmadığını və hamının istəklərinə uyğun köçürülmənin olacağını söyləyib:

«Əsas məqsədimiz bu ilin əvvəlində köçürmə ərazisinə düşən 10 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış sahələrinin sənədləşdirmə işlərini başa çatdırmaqdır. Artıq 6 min 892 mənzilin sənədləşmə işi yekunlaşıb, işin 65 faizi başa çatdırılıb. 2 min 315 ailə artıq mənzillərini sataraq köçüb».

Bir müddətdir yerli mətbuatda neftin qiymətindəki dəyişikliklərin iri layihələrə təsir edə biləcəyi vurğulanır.

XS
SM
MD
LG