Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:19

Azərbaycan XİN: «Ermənistan tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır»


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

«Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edward Nalbandian-ın fikirlərinə cavab olaraq deyib.

Nalbandian Münhendə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşdə Azərbaycanı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaqda və sülh prosesini dalana dirəməkdə günahlandırıb.

Hikmət Hacıyev bildirib ki, mahiyyətsiz, boş və demaqogiya xarakterli bəyanatlar vermək əvəzinə, Ermənistan rəhbərliyi ilk növbədə Minsk Qrupu həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.

XS
SM
MD
LG