Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

Ukrayna böhranı Münhen Konfransında əsas müzakirə mövzusu olacaq


Foto arxiv
Foto arxiv

Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Ukrayna böhranının əsas müzakirə mövzusu olacağı gözlənilir.

3 günlük konfransda onlarla dünya lideri, nazirlər və digər rəsmilər iştirak edir.

Konfransda Almaniyanın müdafiə naziri Ursula von der Leyen və NATO-nun baş katibi Jens Stoltenbergin çıxışı olacaq.

NATO-nun baş komandanı amerikalı general Filip Bridlav da (Philip Breedlove) Ukrayna münaqişəsi ilə bağlı müzakirələrə qatılacaq.

Almaniyanın kansleri Angela Merkellə, Fransa prezidenti Francois Hollande fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüblər.

Bu gün isə onların Moskvada Vladimir Putinlə görüşü gözlənilir.

Məqsəd Ukraynanın şərqindəki münaqişəni diplomatik yolla həll etməkdir.

XS
SM
MD
LG