-
Çin deyir ki, xarici ölkələrin Dalai Lama-nı qəbul etməsinə qarşıdır. ABŞ prezidenti Barack Obama fevralın 5-də Tibetin dini lideri ilə bir tədbirdə olub.
Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei fevralın 6-da jurnalistlərə deyib ki, Pekin "Çinin daxili işlərinə qarışan xarici ölkələrə qarşı çıxır".
Onun sözlərinə görə, Dalai Lama "uzun müddətdir din pərdəsi altında anti-Çin separatçı fəaliyyəti ilə məşğuldur".
Obama Vaşinqtonda səhər yeməyində Dalai Lamanı "yaxşı dost" adlandırıb. Həmin görüşdə 3.600 siyasi və dini lider iştirak edib.