Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:09

Yanvarda Azərbaycanda ərzaqın qiyməti 0,4% bahalaşıb


Foto arxiv
Foto arxiv

Bu ilin yanvarında ötən ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4% bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiyməti dəyişməyib, ümumilikdə istehlak mallarının qiyməti və xidmət tarifləri 0,2% bahalaşıb.

Yanvarda mal, qoyun və toyuq əti, yumurta, qarğıdalı yağı, balıq məhsulları, limon, portağal, banan, göyərti, çuğundur, kökün qiymətlərində ucuzlaşma, düyü, buğda unu, qarabaşaq yarması, kolbasa məmulatları, zeytun yağı, süfrə marqarini, alma, armud, heyva, nar, xurma, üzüm, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kartof, soğan, sarımsaq, çay, şəkər və duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

XS
SM
MD
LG