Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:22

Balakən məhkəməsində törədilən qətllə bağlı cinayət işi açılıb


Foto arxiv
Foto arxiv

Baş Prokurorluq Balakən Rayon Məhkəməsində törədilən qətllə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, fevralın 4-də Balakən Rayon Məhkəməsində Qullar kənd sakini Məhəmməd Xanpəriyevin işi ilə bağlı prosesdə, zərərçəkmiş Elşən Xipiyev üstündəki bıçaqla M.Xanpəriyevə çoxsaylı xəsarətlər yetirib.

O Balakən rayon Mərkəzi Xəstəxanasına götürülsə də həyatını xilas eləmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Elşən Xipiyev həbs edilib, istintaq gedir.

XS
SM
MD
LG